Yolda doğulan uşağın adını Kia qoydular
21 Noyabr 2009 Şənbə 02:30
Çünki körpə “Kia” maşının arxa oturacağında dünyaya gəlib
Böyük Britaniyada yeni doğulan qızın adını avtomobil markasının şərəfinə Kia qoyublar. Toni Riçardson və Samanta Smit cütlüyünün övladı Pul şəhər xəstəxanasına gedərkən yolda “Kia Carens” maşınının arxa oturacağında doğulub. Əvvəlcə uşağın adını Tilli qoymaq istəyiblər. Amma Toni və Samanta planlarında Cənubi Amerika markasının xeyirinə dəyişiklik ediblər.
Qeyd edək ki, indiyədək dünyada körpələrə Lexus, Porsche, Audi və SLK kimi avtomobil markalarının adlarının qoyulması hallarına rast gəlinib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar