Yol polisi prezidenti cərimə edə bilər
27 Fevral 2013 Çərşənbə 20:18
Mixail Saakaşvilinin yol-hərəkət qaydalarını pozduğuna görə 100 lari dəyərində cərimə ödəyəcəyi bildirilir.
Gürcüstan prezidenti Mixail Saakaşvili yol-hərəkət qaydalarını pozduğuna görə 100 lari dəyərində cərimə oluna bilər. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, belə bir fikir ölkənin internet-forumlarında müzakirəyə çıxarılıb.
Belə ki, bu gün Saakaşvili Azərbaycana rəsmi səfərə gedərkən öz həyat yoldaşı ilə birgə özünün idarə etdiyi “Nissan” markalı elektromobili ilə Tiflis beynəlxalq aeroportuna gəlib. Prezident Administrasiyası onun avtomobili idarə etməsi ilə bağlı 6 dəqiqəlik videoçarx yayıb. Sosial şəbəkələrin istifadəçiləri isə iddia edir ki, prezident maşını idarə edərkən yolayrıcı xətti keçib. Bu isə 100 lari cərimə kimi qiymətləndirilir.
DOSTLARINLA PAYLAŞ: