Yığmanın qələbəsi faciəyə səbəb oldu
26 Fevral 2011 Şənbə 17:06
Banqladeşdə 30 azarkeş yaralanıb, biri isə həlak olub.
Kriket üzrə üzrə Banqladeş yığma komandasının İrlandiya komandası üzərində qələbəsi faciə ilə yekunlaşıb.

ANS PRESS-in “Reuters”ə istinadən verdiyi məlumata görə, Banqladeşin paytaxtı Dəkkə küçələrinə yığmanın qələbəsini qeyd etmək üçün minədək azarkeş çıxıb. Qarışıqlıq nəticəsində 30 azarkeş yaralanıb, bir nəfər isə həlak olub. Həlak olan şəxsi avtomobil vurduğu bildirilir.

Xatırladaq ki, kriket üzrə Dünya Kubokunun qrup mərhələsi fevralın 19-da start götürüb. Yarışlar Hindistan, Şri-Lanka və Banqladeşdə keçirilir. Final oyunu isə aprelin 2-də baş tutacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar