Yetimləri oğulluğa götürərək zorlayan iş adamı tutulub
24 Dekabr 2009 Cümə Axşamı 02:20
O xeyriyyəçilik adı altında uşaq evlərində özünə yeni qurbanlar axtarırmış
Moskva milisi yetim uşaqları zorlayan iş adamını həbs edib. Uşaqbaz gələcək qurbanlarını qəyyumluğa götürürmüş. Hətta onun uşaqları seksual həzz üçün pulla satın alması barədə məlumatlar da var.
Milis əməkdaşları 33 yaşlı Moskva sakinini 2009-cu ilin oktyabrından izləməyə başlayıblar. O və digər dostu bir neçə il ərzində oğlan uşaqlarına maraq göstəriblər. Onları növbəti qurbanlarla əvvəllər cinsi əlaqədə olduqları başqa yeniyetmələr tanış edirmiş.

Uşaqları evinə aparan kişi onların kompüter oyunları oynamasına, internetdən istifadə etməsinə, DVD filmlərinə baxmasına şərait yaradıb, onlara içki təklif edib. Uşaqlar sərxoş olduqdan sonra isə cinayətkar onların köməksizliyindən istifadə edərək, cinsi əlaqədə olurmuş. Bunun əvəzində isə kişi uşaqlara pul verirmiş. Oğlanlar isə baş verənlər barədə valideynlərinə və ya yaxınlarına məlumat verməyə qorxurlarmış.
Əməliyyatçılar müəyyənləşdiriblər ki, təqsirləndirilən şəxs 2007-ci ildə öz dostundan 14 yaşlı oğlanı satın alıb. Həmiq uşaq vaxtilə yetimxanadan qaçıbmış. Elə həmin oğlan 2009-cu ilin martında kişini başqa uşaqla tanış edib. Yeniyetməyə maşınla gəzməyi təklif ediblər. Moskvada gecə gəzintisindən və içki qəbul etdikdən sonra təqsirləndirilən yeni qurbanı üzərində əxlaqsız hərəkətlər edib.

Bundan başqa, məlum olub ki, bir neçə il əvvəl kişi uşaq evindən 12 yaşlı oğlanı qəyumluğa götürüb. Amma xoş niyyətlə yox. Oğlanın 15 yaşı tamam olduqdan sonra ögey atasının ona marağı azalıb və yeni “övlad” axtarmağa başlayıb. Uşaqbaz öz dostu ilə xeyriyyəçilik adı altında uşaq evlərini gəzməyə başlayıb. Əslində isə onlar özlərinə yeni qurbanlar axtarıblar. Uşaq müəssisələrinin əməkdaşları isə filantrop qonaqların əsl niyyətlərindən şübhələnməyiblər.

Milis əməkdaşları bir neçə aylıq əməliyyat tədbirlərindən sonra kişini həbs ediblər. Vaxtilə ona uşaqları satan şəxs də saxlanılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar