Yerin altından evlənmə təklifi
30 Avqust 2010 Bazar Ertəsi 17:05
700 metr dərinlikdə qalan şaxtaçı ancaq nikah barədə düşünür.
Çilidə mədən qəzası zamanı 700 metr yerin dərinliyində qalan şaxtaçılardan biri 25 il biryerdə yaşadığı qadına evlənmə təklif edib. İndiyə qədər Cessika Yanez adlı qadınla vətəndaş nikahında yaşayan Esteban Rohasın üç uşağı və nəvəsi olmasına baxmayaraq, o, nikahını rəsmiləşdirmək barədə düşünməyib. İndi uzun müddət yerin altında qaldıqdan sonra Esteban Allah və kilsə qarşısında arvadı ilə münasibətlərini rəsmiləşdirmək qərarına gəlib. Hamının ölmüş hesab etdiyi və 17 gündən sonra 700 metr dərinlikdə sağ tapılan şaxtaçılarla əlaqə yarandıqdan sonra Esteban Cessikaya ünvanladığı məktubda ona evlənmə təklif edib: “Mən səni sevirəm və dua edirəm ki, biz yenidən biryerdə olaq. Evə gedəndə özünə paltar al, mən buradan çıxacam və biz evlənəcəyik”.
Bazar günü şaxtaçılarla onların ailələri arasında yaradılan 20 saniyəlik danışıq zamanı da, Esteban və Cessika gələcək toylarını müzakirə ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: