Yerin altında qalan şaxtaçılar rekorda imza atdı
03 Sentyabr 2010 Cümə 22:05
33 nəfər 28 gündür 700 metr dərinlikdə yaşayır.
Çilidə 28 gün öncə mədən qəzası zamanı yerin 700 metr dərinliyində qalan 33 şaxtaçı yeni rekorda imza atıb. Belə ki, indiyə qədər yerin altında ən çox çinli şaxtaçılar, 25 gün sağ qala bilmişdilər. 13 nəfər şaxtaçı gözlərinin önündə ölən üç nəfər çinli 25 gün yerin altında qaldıqdan sonra 13 iyul 2009-cu ildə xilas edilmişdilər. Həmin müddətdə özlərinə yerin altında sığınacaq tapan şaxtaçılar mədəndən sızan su və kömürlə qidalanaraq sağ qalmağı bacarmışdılar.
Çilidə isə şaxtaçıların xilas olunması üçün əməliyyatlar hələ də davam edir. Bu əməliyyatın bir neçə aya başa çatdırılması nəzərdə tutulub. Hazırda mütəxəssislər yerin altında qalan şaxtaçıların əsəblərinin korlanmaması üçün əllərindən gələni edirlər. Onların ailələrinə isə yerin altında olanlarla danışarkən onları depressiyaya sala biləcək xəbərlərin verilməməsi istənilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: