Yer kürəsində güclü maqnit qasırğası başlayıb
02 Mart 2011 Çərşənbə 11:41
Qasırğa Günəşin səhtində baş verən proseslərlə bağlıdır.
Yer kürəsində güclü maqnit qasırğası başlayıb. ANS PRESS-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qasırğa Günəşin səthində bir neçə gün öncə baş verən plazma atılması ilə bağlıdır.
"Üç gün əvvəl Günəşdə iki kiçik dəliki yaranmışdı. Bundan əlavə, Günəş plazmasının atılması baş verirdi. Məhz onlar indi Yer maqnitosferasına "çatıblar"", deyə Rusiya Kosmik hava proqnozu mərkəzinin rəhbəri Sergey Qaydaş bildirib.
Hazırda geomaqnit fəallığının gücü 10 ballıq şkala üzrə 6 baldır. Bu, orta güclü qasırğa kimi xarakterizə edilir. Mütəxəssislər mart və aprel ayında Günəşdə fəallığın artacağı barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, 2000-ci ildən bəri Yerdə 5 baldan yüksək 12 maqnit qasırğası olub. Sonuncu dəfə 5 ballıq qasırğa 2005-ci ildə baş verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: