Yeqor Qaydarın cəsədi yandırılacaq
18 Dekabr 2009 Cümə 12:55
Yeqor Qaydarın cəsədi yandırılacaq. Bu qərarı onun ailəsi verib.
Məşhur rus iqtisadçısı və siyasətçisi Yeqor Qaydarın cəsədi kremasiya (meyitlərin xüsusi peçlərdə yandırılması) ediləcək.
"Pravoe delo” partiyasının həmsədri Leonid Qozmanın bildirdiyinə görə, bu qərarı onun ailəsi verib. Rusiyanın keçmiş baş nazri ilə vida mərasimi dekabrın 19-da Mərkəzi Kliniki Xəstəxanada olacaq.
Qeyd edək ki, bəzi iddialara görə, Y.Qaydar qanın laxtalanmasından yox, zəhərlənmə nəticəsində öldürülüb. 2006-cı ildə keçmiş KQB casusu Aleksandr Litvinenko Londonda radiasiya zəhərlənməsi nəticəsində öldürülmüşdü. Bir gün sonra isə Qaydar, İrlandiyada zəhərlənmədən xəstəxanaya yerləşdirilmişdi. Qan qusan Qaydar, əllərini və ayaqlarını da idarə edə bilmirdi. Həkimlər onun bədənində naməlum "dəyişikliklər" olduğunu bildirmişdilər. Qaydarın qan laxtalanmasından ölümünün 2006-cı ildəki zəhərlənmə nəticəsində bədənində baş verən "açıqlanmayan" təsirlərin nəticəsi olduğu bildirilir.
Xatırladaq ki ,Y. Qaydar dekabrın 16-da 54 yaşında vəfat edib. O, Rusiyada bazar islahatlarının əsas ideoloqlarından biri və “Şok terapiyasının" yaradıcılarından idi. Onun rəhbərliyi ilə aparılan pərakəndə ticarət qiymətlərinin liberallaşdırılması və özəlləşdirmə prosesləri inflyasiya səbəb olmuş və əhalinin əmanətlərinin itirilməsi ilə nəitcələnmişdi. İnflyasiyanın miqyası və kütləvi yoxullaşma əhalinin böyük hissəsinin islahatlara qarşı etirazına səbəb olmuşdu.
Xatırladaq ki, Qaydar 90-cı illərinə əvvəllərində Rusiyanın maliyyə naziri, daha sonra isə baş nazir vəzifələrinin icraçısı olmuşdu. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: