Yeni Zellandiyada güclü zəlzələ baş verib, sunami təhlükəsi var
07 İyul 2011 Cümə Axşamı 01:59
Məlumatı ABŞ-ın Geoloji Xidməti yayıb.
Yeni Zellandiyada 7,8 bal gücündə zəlzələ baş verib. Sunami təhlükəsi elan edilib. Bu barədə məlumat ABŞ-ın Geoloji Xidmətinin saytında yerləşdirilib.

Seysmoloqların məlumatına görə, yerli vaxtla iyulun 7-si səhər saat 07.03-də qeydə alınan zəlzələnin episentri Raul adasının 163 kilometrliyində olub. Təxmini hesablamalara görə, yeraltı təkanların episentri 1 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar