Yeni Zelandiyada ekoloji fəlakət təhlükəsi yaranıb
08 Yanvar 2012 Bazar 11:37
Saya oturan "Rena" adlı yük gəmisi parçalanaraq sahilə mazut axıdır.
Yeni Zelandiya sahillərində saya oturan Yunanıstana məxsus "Rena" gəmisi ikiyə bölünüb. 3 aydır ki, Yeni Zelandiya sahillərində qalan yük gəmisinin parçalanmasına güclü fırtına səbəb olub. Gəmidə olan konteynerlər və onların qırıqları böyük sahəyə dağılıb.

Qəzalı vəziyyətdə olan gəmidən çəkilməsi mümkün olmayan və suya dağılan mazut yeni ekoloji fəlakət təhlükəsi yaradıb.

Xatırladaq ki, Yunanıstana məxsus "Rena" yük gəmisi ötən ilin oktyabrında Yeni Zelandiya sahillərində saya oturarkən ondan 350 tona yaxın mazut axıb, bu isə 20 min suda üzən quşun ölümünə səbəb olub. Yeni Zelandiyanın ətraf mühit naziri bu hadisəni ölkə tarixində dənizdə baş verən ən ciddi ekoloji fəlakət adlandırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar