Yeni Zelandiya sahillərində 58 balina tələf olub
20 Avqust 2010 Cümə 17:20
Naməlum səbəbdən sahilə çıxan balinalardan yalnız 15-ni xilas etmək mümkün olub.
Yeni Zelandiyanın şimal sahillərində sahilə çıxan 73 balinadan 58-nin həyatını xilas etmək mükün olmayıb. Hələlik bilinməyən bir səbəbdən sahilə çıxan balinaları yalnız səhər saatlarında aşkar olunub. Gecə güclü fırtınanın olması isə onların dərilərinin islanaraq yaş qalmasını təmin edib. Xəbəri eşidən könüllülər sahilə axışsa da, balinaların az bir hissəsinin həyatını xilas etmək mükün olub.
Hər biri 1500 kiloqram ağırlığında olan balinaların xilas edilməsi üçün beş kişi ayrılsa da, güclü fırtına yalnız 15 dəniz canlısını xilas etməyə imkan verib.
Ümumiyyətlə isə Yeni Zelandiya sahilə çıxaraq ölən balinaların sayına görə birinci yerdədir. 1840-ci ildən bəri 5 mindən çox balina və delfin Yeni Zelandiya sahillərində ölüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: