Dünya ölkələrinin çoxunda müşahidə edilən «A N1H1» (donuz qripi) virusu ilə mübarizə başa çatmamış yeni bir xəstəlik yayılmağa başlayıb. ANS PRESS-in Türkiyənin «Hüriyyət» qəzetinə istinadən verdiyi məlumata görə, 1347-1351-ci illərdə dünyada 75 milyondan çox insanın ölümünə səbəb olan «hıyarcıklı vəba» Dünya Səhiyyə Təşkilatını hərəkətə keçirib. Təşkilat Liviyada bu xəstəliyə rast gəlinməsi barədə çıxan məlumatlardan sonra yoxlamalara başlayıb. Ölkə rəsmiləri Aralıq dənizi sahillərində yerləşən Tobruk şəhərində 18 nəfərin bu xəstəliyə yoluxduğunu, 1 nəfərin isə öldüyünü bildirirlər.
Qeyd edək ki, orta əsrlərdən «qara ölüm» adlandırılan xəstəlikdən hər il dünyada 100-200 nəfər dünyasın dəyişir. Xəstəliyin əsas əlaməti bədəndə qara ləkələrin yaranmasıdır. Xəstəlik bir necə gündə insanın ölümünə səbəb olur./ANS PRESS/