Yeni supergüc gelir?
17 Avqust 2013 Şənbə 05:22
İraq iqtisadiyyatının artım tempi bele davam ederse ereb ölkesi dikte eden terefe çevrilecek.
İraq bu ilin sonunadək gündəlik neft hasilatını 4,5 milyon barrelə, 2020-ci ilin sonunadək 9 milyon barrelə çatdırmaq niyyətindədir.

ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu proqnozu İraqın xarici işlər naziri Hoşiyar Zibari verib. O, hazırda İraq iqtisadiyyatının dünyada ən yüksək templə inkişaf edən iqtisadiyyat olduğunu bildirib. "2011-ci ildə İraqın ümumdaxili məhsuılu 9,6 faiz, 2012-ci ilə isə 10,5 faiz artıb", - deyə Hoşiyar Zibari bildirib.

Amerika iqtisadçıların proqnozuna görə, bu göstərici bu il 8,2 faiz təşkil edəcək. Bununla yanaşı 2030-cu ilədək İraqın "qara qızıl" hasilatını iki dəfə artıracağı və dünyada enerjiresursu ixrac edən ən böyük ikinci dövlət olacağı gözlənilir.

İqtisadçı-ekspertlər bu cür davam edəcəyi təqdirdə İraqın nəinki regionda, hətta dünyada böyük gücə çevriləcəyini deyirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar