Yeni prezident hökuməti istefaya göndərdi
31 Yanvar 2013 Cümə Axşamı 06:42
Hökumət, yeni nazirlər kabineti formalaşanadək vəzifələrini icra edəcək.
Dağıstan respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən Ramazan Abdulatipov hökuməti istefaya göndərib. Hökumət, yeni nazirlər kabineti formalaşanadək vəzifələrini icra edəcək. Hökumətin sədri vəzifəsini müvəqqəti icra etmək, baş nazirin müavini Muxtar Məcidova tapşırılıb.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Dağıstan respublikasının rəhbəri Maqomedsalam Maqomedovu vaxtından əvvəl tutduğu vəzifədən istefaya göndərərək, kreml administrasiyası rəhbərinin müavini təyin edib. Digər bir sərəncama əsasən Dağıstan respublikasının başçısı vəzifəsinin müvəqqəti icrası Ramazan Abdulatipova tapşırılıb.
DOSTLARINLA PAYLAŞ: