Nyu-Yorkda (ABŞ) keçirilən beynəlxalq avtomobil sərgisində ABŞ-ın «Jeep» şirkəti yeni «Grand Cherokee» avtomobil modelini nümayiş edib.
«APA-ECONOMICS»in məlumatına görə, yeni modelin kütləvi istehsalına başlanması cari ilin sonu – gələn ilin əvvəlinə planlaşdırılıb. Ən təəccüblüsü odur ki, yeni «Grand Cherokee» avtomobili «Mercedes-Benz ML»in platformasında yığılıb. Belə ki, «Chrysler» konserninə daxil olan «Jeep» və Almaniyanın «Mercedes-Benz» şirkətləri artıq vahid formada fəaliyyət göstərir.
Yeni model öncəki «Grand Cherokee»dan uzunluğu və eninə görə fərqlənir. Belə ki, yeni model öncəkindən 135 mm uzun və 76 mm enlidir. Yeni model 3,6 litr (280 at gücü) və 5,7 litr (360 at gücü) həcmində olan benzin mühərrikləri ilə təchiz olunacaq.
APA