Yeni ili buzlu suda çimərək qarşıladılar
31 Dekabr 2012 Bazar Ertəsi 18:57
Moskvada özlərini “morj” adlandıran ruslar Yeni ili qarşılamaq üçün göl və çaylara axın ediblər.
Rusiya paytaxtında 21 dərəcə şaxtada Moskva sakinləri bayramı buzlu suda çimməklə qeyd ediblər. Xalqın böyük əksəriyyətinin Yeni ili ənənəvi olaraq süfrə başında, spirtli içki qəbul edərək bayram etdiyi Rusiyada, özlərini “morj” adlandıran ruslar, bu il də Yeni ili qarşılamaq üçün göl və çaylara axın ediblər.
Moskva çayının yarım metr qalınlığındaki buz təbəqəsini qırmaq üçün uzun müddət əlləşən “morj”lar, üzməyə imkan verəcək qədər ərazini buzdan təmizlədikdən sonra suya atılıblar. “Morj”lar buzlu suya girməyin sağlamlıq üçün xeyirli olduğunu və Yeni ili qarşılamaq üçün bundan gözəl bir yerin olmadığını deyiblər.
DOSTLARINLA PAYLAŞ: