Yeni il gecəsi yol qəzasında həlak olan sərxoş sürücülər pulsuz dəfn ediləcəklər
30 Dekabr 2009 Çərşənbə 02:55
Xidmətlərə tabut, qəbiristanlıqda yer, limuzinin verilməsi və meyitin dəfnə hazırlanması daxildir
ABŞ-ın Corciya ştatının Roma şəhərinin dəfn bürosu Yeni ildə sükan arxasına sərxoş halda oturmağı planlaşdırılan sürücülərə pulsuz dəfn vəd edib.

Dekabrın 31-i günorta saatlarınadək sürücülər “McGuire” və “Jennings and Miller” dəfn bürolarına baş çəkə, müqavilə bağlaya bilərlər. Müqavilədə qeyd olunacaq ki, sürücülər Yeni il gecəsi avtomobili alkoqol və ya narkotik qəbulundan sonra idarə etmək niyyətindədirlər. Əgər bundan sonra onlar yol qəzasında ölsələr, firma pulsuz dəfni öz üzərinə götürür. Xidmətlərə tabut, qəbiristanlıqda yer, limuzinin verilməsi və meyitin dəfnə hazırlanması daxildir.

Dəfn bürosundan bildirilib ki, ““Dayan və düşün” əməliyyatı” adlanan proqram hansısa hərəkəti etməzdən əvvəl fikirləşməyə meylli olmayan adamların həyatını xilas etməyə yönəlib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar