Bir həftəlik gəlinin rahatlığı və ictimai həyatdan ayrılmaması yerlilər tərəfindən rəğbətlə qarşılanıb.
İngiltərə kral ailəsinin yeni üzvü, Kembriç Hersoqinyası (Duchess of Cambridge ) Keyt Middelton marketə alış-verişə gedib. Qeyd edək ki, 1 həftəlik gəlinin rahatlığı və ictimai həyatdan ayrılmaması yerlilər tərəfindən rəğbətlə qarşılanıb. Normal evdar qadınlar kimi getdiyi ticarət mərkəzində alış-verişini başa vuran Hersoqinya aldığı əşyaları market arabası ilə “Audi-A3” markalı avtomobilinə daşıyıb. Kral ailəsinin yeni üzvü şəklini çəkən paparassilərə təbəssümlə salam verib.
Qeyd edək ki, Keyt Middeltonun bu yay şahzadə Uilyamla Hollivuda səyahət etməsi gözlənilir. ANSPRESS