Bakı. Nicat Mustafayev –
APA-ECONOMICS. Almaniyanın BMW avtomobil şirkəti bu ilin sentyabr ayında beşinci nəslə aid olan yeni avtomobil modelini nümayiş edəcək.
«
APA-ECONOMICS»in məlumatına görə, yeni model Frankfurtda (Almaniya) keçiriləcək beynəlxalq avtomobil sərgisində geniş ictimaiyyətə təqdim olunacaq. Yeni model bir qədər bundan öncə yığılan 7-ci nəslə aid olan model üslubunda istehsal olunacaq. Yeni modelin hansı mühərriklə təchiz olunacağı hələ məlum olmasa da, mühərriklərin hazırkı modeldən daha güclü və daha qənaətli olacağı istisna deyil.
Avtomobilin baza komplektasiyasına gəldikdə isə, yeni BMW-5 modeli gecə görmə kamerası, aktiv kruiz-kontrol, yol hərəkət nişanlarını tanıma və bir sıra digər sistemlərlə təchiz olunacaq. Bundan başqa, yeni modeldə İnternetə qoşulmaq üçün də şərait yaradılacaq.