Yeni amfibiya növü aşkarlanıb
22 Fevral 2012 Çərşənbə 11:59
Hindistanlı tədqiqatçılar elmə naməlum olan canlıya "Çikiliday" adı verib.
Hindistanda tədqiqatçılar sıx cəngəlliklərdə 5 illik axtarışlardan sonra yeni amfibiya növü aşkar edib. Delhi Universiteti aliminin dediyinə görə, ətrafda yaşayan kəndlilər elmə məlum olmayan bu suda-quruda yaşayan canlını əvvəlcə miniatür zəhərli ilan növü hesab edib. Fermerlər mal-qaraya təhlükə olmasın deyə, onları gördükləri yerdə məhv edirmiş.

Ayaqları olmayan amfibiya növünə “Çikiliday” adı verilib. Çikiliday zərərsiz olmaqla yanaşı, həm də sanitar canlılardan sayıla bilər. Belə ki, yeni növ amfibiya eyni zamanda ziyanlı soxulcanlar və həşəratlarla qidalanır.

Qeyd edək ki, yeni növün araşdırılmasında London Milli Tarix Muzeyi və Brüssel Vrije universitetinin tədqiqatçıları da əməkdaşlıq edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar