Yenə ara qarışdı, məzhəb itdi
13 Fevral 2010 Şənbə 18:20
Yəməndə qarşıdurma baş verib
Yəməndə hüquq-mühafizə orqanları əməkdaşları ilə separatçılar arasında baş verən toqquşma nəticəsində bir nəfər ölüb, 6 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Yerli mətbuatın məlumatına görə, insident Lahc vilayətinin Aden liman şəhərinin 15 kilometrliyində yerləşən Xuta şəhərində qeydə alınıb.
Qarşıdurma şəhər xəstəxanası qarşısına toplaşan nümayişçilər əvvəllər polislə toquşmada qətlə yetirilən tərəfdaşlarının cəsədini götürməyə cəhd edərkən başlayıb. Qəzəbli kütlə xəstəxanaya hücum edib, lakin müəssisəni qoruyan mühafizəçilər atəş açmağa başlayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: