Yemiş tarlasında qarğış lövhəcikləri
30 İyul 2011 Şənbə 05:00
Hansını yeyərdiniz, yemişi yoxsa qarğışı?
Türkiyə Manisa vilayətinin Saruhanlı rayonundakı yemiş tarlasında baş vermiş oğurluqdan bezən təsərrüfat sahibi tarlaya “Zəhər olsun, bəsdi artıq!” yazılmış lövhə qoyub. Cəmil adlı təsərrüfatçı “Anadolu” agentliyinə (AA) verdiyi məlumatda 10 hektarlıq tarlada yemiş əkdiyini, hər yoldan keçənin tarladan yemiş dərməsi səbəbilə ziyana düşdüyünü deyib: “Hər yoldan keçən tarlaya girib yemiş dərir. Əvvəllər səsimi çıxarmırdım. Deyirdim “göz haqqıdır” dərsinlər. Amma gün keçdikcə özümə yemiş qalmamağa başladı. Çox vaxt da yemişlər dəyməmiş dərirlər. Mən də əsəbləşərək tarlanın üç ayrı yerində bu kiçik lövhələri yerləşdirdim. O vaxtdan bəri oğurluq azalıb”.

Qeyd edək ki, tarla sahibi lövhələrə “Zəhər olsun, bəsdi artıq!”, “Mən turşu düzəltmədim, sən düzəltdin!”, “Diqqət! Zəhərlidir, gəbərmə” yazılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar