Yəmənli jurnalist evində güllələnib
18 Fevral 2010 Cümə Axşamı 13:25
Yəmənin “Al Qaira” aylıq qəzetində çalışan jurnalist Məhəmməd Şui al-Rabui ölkənin şimal-qərbində, Beni Qaisdə yaşadığı evdə beş nəfər naməlum şəxs tərəfindən güllələnib.
Bu barədə APA-ya Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) informasiya departamentindən bildirilib. Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) BAMF-yə bildirilib jurnalistin çalışdığı qəzet ölkənin əsas aparıcı müxalifət partiyası olan “İslam İslahatçıları” tərəfindən nəşr olunur. M. Şui al-Rabuinin qəzetdə yerli cinayətkar dəstənin fəaliyyəti haqqında bir neçə tənqidi yazısı çap olunub.
BMİ-nin direktoru Deyvid Dədc baş vermiş qətl hadisəsindən təəssüfləndiyini deyərək, Yəmən hakimiyyətindən qatillərin tapılmasını tələb edib.
Qeyd edək ki, 2009-cu ildə Yəməndə yerli quldur dəstənin 5 üzvü hüquq-mühafizə orqanları tərəfindən həbs edilsə də, az sonra onlar azadlığa buraxılıblar. Ölkədəki jurnalistlər, siyasi partiyalar və insan haqları ilə bağlı qurumlar buna görə Yəmən hakimiyyətini kəskin ediblər. APA
DOSTLARINLA PAYLAŞ: