Yəmənlə hava əlaqəsi kəsildi
20 Yanvar 2010 Çərşənbə 20:20
Böyük Britaniya Yəmənlə bir müddət birbaşa hava əlaqəsini dayandırıb
Böyük Britaniya Yəmənlə bağlı qərar qəbul edib. Qərara əsasən Birləşmiş Krallıq bir müddət Yəmənlə birbaşa hava əlaqəsini dayandırmalı olacaq. Tətbiq olunan bu müddət hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilənədək qüvvədə qalacaq. Bu arada Böyük Britaniyanın baş naziri Qordon Braun bildirib ki, Britaniya hökuməti Yəmən aviaşirkətləri ilə uçuşların dayandırılması barədə razlığa gəlib.

Xatırladaq ki, bir müddət əvvəl Amsterdam-Detroyt reysi ilə uçan təyyarənin göyərtəsində baş tutmayan terror aktı cəhdindən sonra Yəməndə təhlükəsizlik problemi gündəmə gəlib. Terror aktını törətməyə çalışan Nigeriya vətəndaşının "Əl-Qaidə"nin Yəməndəki düşərgələrindən birində hazırlıq keçdiyi müəyyən olunub.

Həmin vaxt ABŞ-ın dövlət katibi Hillari Klinton isə bəyan etmişdi ki, Yəməndəki vəziyyət həm Yaxın Şərq regionu, həm də bütün dünyanın təhlükəsizliyi üçün təhlükə doğurur. Hillari Klinton Vaşinqtonda Qətərin baş naziri Həməd Bin-Yassim Cəbr Əl-Tani ilə birgə mətbuat konfransında çıxışı zamanı bildirmişdi ki, "Əl-Qaidə"nin Yəməndə fəaliyyəti böyük təhlükə doğurur və ölkəsi terrorçuluqla mübarizədə Yəmən rəhbərliyini dəstəkləyəcək. Onun sözlərinə görə, "Əl-Qaidə"nin regionun hüdudlarından kənarda terror aktları hazırlamaq üçün Yəmən ərazisindən əməliyyat meydanı kimi istifadə etmək cəhdləri dünyada vəziyyətə ciddi təsir göstərir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar