Yəmənin yeni prezidenti Əbd Rəbbu Mənsur Hadi
25 Fevral 2012 Şənbə 01:08
Əbd Rəbbu Mənsur Hadi səslərin 100 faizini toplayıb.
Əbd Rəbbu Mənsur Hadi Yəmən prezidenti seçilib. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu ölkənin Ali Seçki Komissiyasının sədri Məhəmməd Hüseyn əl-Həkimi elan edib. Onun sözlərinə görə, fevralın 21-də keçirilmiş seçkilərdə yeganə namizədə seçicilərin 99,9 faizi səs verib. Seçkidə seçici fəallığbı 65 faiz olub.

Yəmənin yeni prezidenti bu gün parlamentin deputatları qarşısında and içəcək. Bazar ertəsi isə inauqurasiya mərasimi keçiriləcək. Mərasimdə 33 ildir Yəmənə rəhbərlik edən Əli Abdullah Saleh də iştirak edəcək. O, səlahiyyətlərini xələfinə rəsmən təslim edəcək.

Qeyd edək ki, Əli Abdullah Saleh xalq kütlələrinin təzyiqi ilə və Fars körfəzi ərəb ölkələri tərəfindən hazırlanmış plan əsasında istefa verib. Sənəd prezidentin məhkəmə təqibi immuniteti qarşılığında istefasını nəzərdə tuturdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar