Yəmənin nüfuzlu din xadimləri prezidenti istefaya çağırdılar
19 İyun 2011 Bazar 02:24
Onlar növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirlər.
Yəmənin 100-ə yaxın nüfuzlu din xadimləri bəyanat imzalayıblar. “Associated Press” agentliyinin məlumatına din xadimləri prezident Əli Abdulla Salehin istefasını və növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb ediblər.

Xatırladaq ki, iyunun 3-də Yəmənin paytaxtı Sənada Prezident Sarayının yaxınlığındakı məscidə hücum olub. Həmin vaxt sarayda olan prezident Əli Abdulla Saleh və baş nazir Əli Məhəmməd Mücəvvər xəsarət alıb. Hazırda Əli Abdulla Saleh Səudiyyə Ərəbistanında müalicə olunur.

Müxalifət nümayəndələprinin sözlərinə görə, Əli Abdulla Salehin səhhəti səlahiyyətlərinin icrasını davam etdirməyə imkan vermir. Bununla belə, Nazirlər Kabinetinin nümayəndəsi bildirib ki, dövlət başçısı tezliklə Yəmənə qayıdacaq.

Əli Abdulla Saleh Yəmənə 1978-ci ildən rəhbərlik edir. O, bəzi ölkələr tərəfindən dəstəklənən müxalifətin tələblərinə baxmayaraq, istefa çağırışlarını rədd edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar