Yəmənin baş nazirinə sui-qəsd törədilib
01 Sentyabr 2013 Bazar 05:56
Naməlum şəxslər hökumət başçısının avtomobilini atəşə tutublar.
Yəmənin baş naziri Məhəmməd Bassandvaya sui-qəsd törədilib. APA-nın “İTAR-TASS”a istnadən verdiyi xəbərə görə, naməlum şəxslər hökumət başçısının avtomobilini atəşə tutublar.

Yəmən KİV-lərinin məlumatına görə, hücum nəticəsində xəsarət alan olmayıb, lakin baş nazirin avtomobili zədə alıb. Avtomat silahdan atəş kortejin yanından keçən nömrəsiz avtomobildən açılıb. Mühafizəçilər cavab atəşi açıb, lakin cinayətkarlar hadisə yerini tərk edə bilib.

Qeyd edək ki, avqustun 21-də Yəməndə Aden şəhərinin kəşfiyyat idarəsinin rəisi polkovnik Əli Hadi oğlu ilə birlikdə qətlə yetirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar