Yəməndən ABŞ-a uçan təyyarədə partlayıcı aşkarlanıb
30 Oktyabr 2010 Şənbə 02:15
Amerika xüsusi xidmət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib.
Birləşmiş Ərəb Əmirliklərinin xüsusi xidmət orqanları bu ölkə vasiləsilə Yəməndən ABŞ-a uçan təyyarələrdən birində şübhəli əşya aşkarlayıblar. Məlumatı “Associated Press” agentliyi yayıb. Birləşmiş Əmirliklərin hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən edən agentlik xəbər verib ki, bu, partlayıcı qurğu olub. BƏƏ-nin dövlət informasiya agentliyi isə şübhəli əşyanın xüsusi laboratoriyaya göndərildiyini və hazırda mütəxəssislər tərəfindən yoxlandığını bildirib.
Ötən gün Böyük Britaniyanın xüsusi xidmət orqanları Londondan 260 kilometr şimalda yerləşən İst-Midlends hava limanında Yəməndən Çikoqoya hərəkət edən və “United Parcel Service” şirkətinə məxsus təyyarədən şübhəli bağlama aşkarlamışdı.
Bu insidentlərdən sonra ABŞ-da təhlükəsizlik tədbirləri gücləndirilib. Yəməndən gələn təyyarələr ciddi yoxlanılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: