Yəməndə tanklar meydana çıxdı
21 Mart 2011 Bazar Ertəsi 19:30
Yəmən prezidentin qohumu və köməkçisi müxalifətin tərəfinə keçdiyini bəyan edib.
Yəmən paytaxtında zirehli texnikalar şəhər mərkəzinə çıxarılıb. Çıxarılan hərbi texnikalar əsasən prezident sarayını mühasirəyə alıblar.
Yəmən hərbiçilrindən biri və prezidentin qohumu və köməkçisi Əli Möhsen Saleh Əl Əxmar müxalifətin tərəfinə keçdiyini bəyan edib. Şimal hərbi dairəsinin qoşunlarına başçılıq edən Əli Əhmər Möhsin 1-ci tank diviziyasının da komandiridir. Hazırda həmin tank birlikləri Sənada prezident sarayını mühasirədə saxlayırlar.
Artıq müxalifət tərəfinə onlarla hərbi rəis və təhlükəsizlik qüvvələri əməkdaşları keçib. Əli Əhmər Möhsin verdiyi bəyanatda özlərinin aksiyalar keçirən gəncləri dəstəklədiklərini deyib. Ümumilikdə, müxalifət sırasına 3 general və 60-a qədər zabit keçib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: