Yəməndə ölənlərin sayı 26-ya çatıb
25 Fevral 2012 Şənbə 18:48
Partlayışa görə məsuliyyəti "Əl Qaidə" öz üzərinə götürüb.
Yəmənin cənub-şərqində 26 nəfərin ölümü ilə nəticələnmiş partlayışa görə "Əl-Qaidə" terrorçu qruplaşması məsuliyyəti öz üzərinə götürüb. Partlayış Mukalla şəhərində prezident sarayı yaxınlığında şəxsi maşınında dayanmış terrorçu-kamikadze tərəfindən törədilib.

"Əl Qaidə"nin partlayışdan sonra yaydığı bəyanatda Mukalla partlayışının Yəmən Respublika qvardiyasının törətdiyi cinayətlərə qarşı bir intiqam aktı olduğunu qeyd edir.

Xatırladaq ki, cari ayın ortalarında Yəmən hərbi qüvvələri adıçəkilən qruplaşmadan 21 döyüşçünü yaxalamış və yerli şəbəkənin liderlərindən birinin qətli barədə məlumat yaymışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar