Yəməndə daha 3 nümayişçi qətlə yetirilib
26 Fevral 2011 Şənbə 12:06
Hadisə dünən axşam nümayiş dağıdılan zaman baş verib.
Dünən axşam Yəmənin cənubunda yerləşən Ədən şəhərində hökumət əleyhinə çoxminlik nümayişin dağıdılması zamanı 3 etirazçı həlak olub. ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli səhiyyə orqanlarının nümayəndələri məlumat yayıblar.

Qeyd edək ki, Yəməndə qarşıdurmalar fevralın əvvəlində başlayıb. Artıq 32 ildir hakimiyyətdə olan prezident Əli Abdullah Salehin istefasını tələb edən yüzlərlə nümayişçi ilə yerli polis arasında amansız toqquşmalar liman şəhəri Ədəndə qeydə alınıb. Etiraz dalğaları paytaxt Sənaya da gəlib çatıb. Bu günə qədər 10-dan artıq nümayişçinin öldürüldüyü bildirilirdi.

Xatırladaq ki, ötən gün Yəmən prezidenti Əli Abdullah Saleh onun dövlət başçısı postundan istefasını tələb edən etiraz hərəkatı liderləri ilə dialoq üçün xüsusi komitənin yaradılması barədə göstəriş verib. Yəmənin rəsmi “Səna” informasiya agentliyinin məlumatına görə, tərkibi beş nəfərdən ibarət komitəyə baş nazir Əli Məhəmməd Macur rəhbərlik edəcək. Komitənin tərkibi isə açıqlanmayıb. Prezident komitə qarşısına “etirazçıların şərt, rəy və baxışlarının öyrənilməsi üçün konstruktiv və açıq dialoqun aparılması” vəzifəsini qoyub. Müxalifət partiyalarının prezidentin bu təşəbbüsünə münasibəti hələ ki, məlum deyil. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar