Yəməndə 7 hərbçi öldürülüb
27 Avqust 2011 Şənbə 20:11
Yəmən ordusunun bir qrup hərbçisi pusquya düşərək "Əl-Qaidə" silahlı qruplaşması tərəfindən atəşə tutulub.
Yəmənin Abyan əyalətində “Əl-Qaidə” terror şəbəkəsi ilə əlaqəli bilinən silahlı şəxslərlə toqquşmada Yəmən ordusunun 7 hərbçisi ölüb, 6-sı isə xəsarət alıb. Silahlı toqquşma adıçəkilən əyalətin inzibati mərkəzi olan Zincinbar yaxınlığındakı Dofs kəndində qeydə alınıb.
Əldə edilmiş məlumatlara görə, Yəmən hərbçilərindən ibarət bir qrup dağlıq ərazidə pusquya düşərək atəşə tutulub. Tərəflər arasında atışma bir neçə saat sürüb. Silahlılardan biri də zərərsizləşdirilib. anspress
DOSTLARINLA PAYLAŞ: