Yəməndə 30 nəfər öldürülüb, 200 nəfər yaralanıb
18 Mart 2011 Cümə 18:44
Təhlükəsizlik güvvələri və snayperlər Sənada cümə namazından sonra müxalifət tərəfdarlarına atəş açıb.
Yəmənin təhlükəsizlik gücləri və snayperlər bu gün paytaxt Sənada cümə namazından sonra müxalifət tərəfdarlarına atəş açıblar. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi məlumata görə, ən azı 30 nəfər ölüb, 200 nəfər isə yaralanıb.
“Vəziyyət faciəvidir. Onlarla adam öldürülüb, yüzlərlə insan isə müxtəlif dərəcədə yaralanıb”, - deyə həkimlərdən biri bildirib.
Etirazçılar bununla bağlı mülki geyimli şəxsləri və evlərin damlarından atəş açan snayperləri günahlandırırlar. “Gənclər belə evlərdən birinə hücum edib və etirazçılara atəş acan 7 snayperçini həbs ediblər”, - deyə müxalifət fəallarından biri bildirib.
Qeyd edək ki, artıq ikinci aydır ki, 32 ildir hakimiyyətdə olan ölkə prezidenti Salehə qarşı kütləvi etiraz aksiyaları davam etdirilir. Ölkə polisi dəfələrlə etirazı yatırmaq üçün güc tətbiq edib, müxalifətçilərə qarşı odlu silahdan istifadə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: