Yəmən prezidentinə sui-qəsd: 2 ölü, 5 yaralı
16 May 2010 Bazar 04:40
Ölkənin cənubunda prezidentin maşın karvanı gülləbaran edilib.
Yəmən prezidenti Əli Abdulla Salehə sui-qəsd olub. Silahlılar ölkənin cənubunda prezident kortecini atəşə tutublar. Hadisə nəticəsində dövlət başçısının mühafizəçilərindən biri ölüb, üç nəfər isə yaralanıb. Prezident mühafizəçiləri cavab atəşi ilə silahlılardan birini öldürüb, daha ikisini isə yaralayıblar.

Xatırladaq ki, mayın 13-də naməlum terrorçular Yəmənin baş nazirinin müavininin kortecinə də hücum etmişdilər. İnsident Şabva əyalətində baş vermişdi. Bir qrup silahlı şəxs hökumət başçısının müavini Sadiq Amin əbu-Rasın maşın karvanını gülləbaran etmişdi.

Yəmənin 4 milyon əhalisi olan cənub hissəsi müstəqillik və 1990-cı ildə şimalla cənubun birləşməsindən əvvəlki status-uvonun bərpasına çalışır. Ölkənin şimalı ilə cənubu birləşdikdən sonra Şimali Yəmənin prezidenti Əli Abdulla Salehin rəhbərliyi altında vahid dövlət yaradılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar