Yəmən prezidenti Əli Abdulla Saleh cümə günü ölkəsinə qayıdacaq
22 İyun 2011 Çərşənbə 02:09
Həkimlər Əli Abdulla Salehin Yəmənə qayıdışına icazə veriblər.
Səudiyyə Ərəbistanında müalicə olunan Yəmən prezidenti Əli Abdulla Saleh ölkəsinə cümə günü qayıdacaq. Bu barədə məlumatı dövlət başçısının rəsmi nümayəndəsi Əhməd əs-Sufi verib. O, CNN telekanalına açıqlamasında bildiriblər ki, həkimlər Yəmən prezidentinin qayıdışı üçün “yaşıl işıq” yandırıblar.
Yəmən müxalifəti isə Əli Abdulla Salehin qayıdışı ilə bağlı xəbərləri “şayiə” adlandırıb.
Qeyd edək ki, tən həftə “Frans Press” agentliyi Səudiyyə Ərəbistanı hakimiyyətinin nümayəndəsinə istinadən məlumat yaymışdı ki, Ər-Riyadda müalicə olunan Əli Abdulla Saleh bir daha Yəmənə qayıtmayacaq.
İyunun əvvəllərində silahlı hücuma qalan Əli Abdulla Saleh bir neçə qəlpə yarası qalmış və Ər-Riyada müalicəyə yollanmalı olmuşdu. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: