Yəmən Silahlı Qüvvələrinin ölkənin şimalında üsyançılara qarşı irimiqyaslı əməliyyatı davam edir. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, bazaları Səudiyyə Ərəbistanıla sərhəddə yaxın dağ rayonlarında yerləşən üsyançılar bəyan edib ki, havadan hücum nəticəsində 15 dinc sakin həlak olub.
Yerli hakimiyyət nümayəndələri isə 20 üsyançının həlak olduğu barədə məlumat yayıb.
Hökumət qoşunlarının çərşənbə axşamı başlanan hücumu Yəmənin sünni hakimiyyətilə ölkənin şimalında məskunlaşan şiə üsyançıları arasında uzun müddətdir davam edən münaqişənin kəskinləşməsi ilə əlaqədardır. /ANS PRESS/