Yəmən ordusu müxalifətçiləri gülləbaran etdi
04 Mart 2011 Cümə 17:11
Yəmən ordusu müxalifətçiləri gülləbaran etdi. Hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Yəmən ordusu ölkənin şimalında hökumət əleyhinə etiraz aksiyası keçirən nümayişçilərə atəş açıb. ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə hadisə şahidləri məlumat verib.

Məlumata görə, nəticədə iki nümayişçi ölüb, daha bir neçə nəfər yaralanıb. İnsident paytaxt Sənadan 170 kilometr şimalda yerləşən Əmran əyalətində baş verib.

Qeyd edək ki, Yəməndə etirazlar artıq bir aydan artıqdır ki, davam edir. Nümayişçilər 32 ildir hakimiyyətdə olan prezident Əli Abdullah Salehin istefasını tələb edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar