Yəmən lideri müxalifətlə danışıqlara çağırıb
13 Sentyabr 2011 Çərşənbə Axşamı 12:41
Əli Abdulla Saleh ölkənin vitse-prezidentinə müvafiq tapşırıq verib
Yəmən prezidenti Əli Abdulla Saleh ölkənin vitse-prezidentinə müxalifət partiyaları ilə hakimiyyətin təhvili məsələsi barədə danışıqlara başlamaq tapşırığı verib. Yəmənin rəsmi xəbər agentlikləri bu barədə məlumat yayıb.

Üç aydır Səudiyyə Ərəbistanında müalicə alan Əli Abdulla Salehin verdiyi fərmanda bildirilir ki, vitse-prezident Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurasının ölkələrinin irəli sürdüyü təşəbbüsə imza atanlarla dialoqa başlamaq üçün konstitusyon səlahiyyətə malikdir. Yəmən prezidentinin sözlərinə görə o, ölkədə mövcud olan siyasi böhranın həllinə nail olmaq və birliyi, təhlükəsizliyi və sabitliyi qorumaq üçün çalışır. Ancaq prezidentin son qərarı müxalifət partiyaları tərəfindən alqışlanmayıb.

Müxalifət qrupları Əli Abdulla Salehin danışıqlara başlamaq çağırışına əhəmiyyət verməyərək gəncləri hakim rejim devrilənədək ona qarşı təzyiqləri dinc yolla davam etdirməyə çağırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar