Tatyana Yumaşeva 2009-cu ildə vətəndaşlıq alsa da, bu indi üzə çıxıb.
Rusiyanın ilk prezidenti Boris Yeltsinin qızı Tatyana Yumaşeva yeni vətəndaşlıq alıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə o, Avstriya vətəndaşlığını qəbul edib. Bu hələ 2009-cu ilin noyabr ayında olsa da, indi üzə çıxıb.
Onların yaşayış yeri kimi isə Vyana yaxınlığındakı Vinden-am-Ze şəhəri göstərilib. Göstərilən ünvandakı evin sahibi isə onu ruslara kirayə verdiyini deyib.
Məlumata görə, ailəyə Avstrya pasportunu almağa prezident kömək edib. O, iqtisadiyyat nazirinə məktub yazaraq Yumaşevanın ölkənin avtomobil sənayesindəki xidmətlərini bildirib.
Qeyd edək ki, Tatyana Yumaşeva Yeltsinin kiçik qızıdır. 1996-1999-cu illərdə o Rusiya prezidentinin müşaviri vəzifəsini tutub. O, dövlət başçısının imicindən məsul idi. Daha sonra atasının adına olan fonda rəhbərlik edib. Bundan əlavə o, həyat yoldaşı Valentin Yumaşevlə birgə iri tikinti şirkətinə malikdir.
Onun 3 övladı var - Boris Yeltsin (1981), Qleb Dyaçenko (1995) və Mariya Yumaşeva (2002).