Yeji Buzekdən İrəvanda erməniləri narazı salan bəyanat
19 May 2011 Cümə Axşamı 00:45
Yeji Buzek: “Biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq”
“Biz Dağlıq Qarabağı müstəqil ərazi vahidi kimi tanımırıq”. ANS PRESS-in məlumatına görə, bunu Avropa Parlamentinin başçısı Yeji Buzek İrəvanda keçirdiyi mətbuat konfransında bəyan edib. O, bildirib ki, Avropa Parlamenti hər zaman dövlətlərin ərazi bütövlüyündən bəhs edir. Yeji Buzek insanların dinc müövcudluq və inkişaf hüququnun vacibliyini də vurğulayıb. “Ən dəyərli şey insan həyatıdır. Biz münaqişənin həll olunmamasına baxmayaraq, bu insanlara humanitar yardım göstərməliyik. Dostlüuq əlini uzatmaq daha yaxşıdır, döyüşmək yox”, - deyə Avropa Parlamentinin rəhbəri bildirib.
Yeji Buzekin sözlərinə görə, bütün Avropa ərazisində təhlükəsizilk təminatı olmalıdır. O bildirib ki, münaqişə tərəflərinin ictimaiyyəti problemin həllinə hazırlanmalıdır.
DOSTLARINLA PAYLAŞ: