Yəhudilər İsrail bayrağını cırdı
20 Noyabr 2012 Çərşənbə Axşamı 02:00
Yaxın Şərqdə sionist düşüncə problemlər yaradır.
Amerikanın Nyu York şəhərindəki “Times” meydanında Fələstinə dəstək aksiyası keçirilib. “Qəzza üçün Təcili Qlobal Hərəkat” adlı vətəndaş cəmiyyəti təşkilatnın təşkil etdiyi aksiyada iştirak edən yüzlərlə etirazçı İsraildən Qəzzaya qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib. Aklsiyaçılar Fələstin bayraqları açaraq İsrail hökumətinə etirazlarını bildiriblər. ABŞ-ın İsrail siyasətini kəskin tənqid edən etirazçılar Fələstin müstəqilliyini əldə etməyənə qədər Yaxın Şərqdə sülhün və ədalətin bərqərar olmayacağını vurğulayıblar.

Qeyd edək ki, aksiyada ABŞ-da yaşayan İsrail vətəndaşları və yerli yəhudilər də iştirak ediblər. Sionizm əleyhdarı olan ortodoksal yəhudilər İsrail dövlətinin siyasətini pisləyərək bu ölkənin dövlət bayrağını cırıblar. Yaxın Şərqdə yəhudi, müsəlman və xristianların tarix boyu sülh şəraitində yaşadığını deyən nümayişçilər sionist düşüncənin bölgədə problemlər yaratdığını vurğulayıblar.




DOSTLARINLA PAYLAŞ:

oyunlar