Yəhudilər ayağa qalxdı
04 Sentyabr 2011 Bazar 20:30
İsraildə 100 minlərlə insan sosial ədalətsizliyə qarşı etiraz edir.
İsraili narazılıq dalğası bürüyüb. 450 minə yaxın İsrail vətəndaşı ölkədə kütləvi nümayişlərə başlayıb. “Milyonların marşı” adlandırılan etiraz aksiyasının əsas tələbi yüksək qiymətlərə və sosial ədalətsizliyə son qoyulması, vergilərin və yaşayış xərclərinin azaldılması, pulsuz təhsilin təmin edilməsi olub. Etirazçılar bundan başqa orta təbəqənin güzəranının yaxşılaşdırılması üçün hökuməti müvafiq tədbirlər görməyə çağırıb.

Ən iri nümayişlər Təl-Əviv, Qüds və Hayfa şəhərlərində keçirilib. Kütləvi etirazlara cavab olaraq hökumət xüsusi komissiya yaradılacağına və lazım gələrsə, iqtisadi islahatların aparılacağına söz verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar