Yeddi dinc sakin qətlə yetirilib
06 Fevral 2010 Şənbə 16:35
Onlara atəş açan hərbçilər tutulub
Əfqanıstanın Sərhəd Polisi Xidmətinin əməkdaşları dinc sakinləri güllə-baran edib. Yerli mətbuatın məlumatına görə, sərhədçilər Pakistanla sərhəd yaxınlığında toplaşan dinc sakinləri ekstremist qruplarla səhv salıblar.
İnsident nəticəsində 7 əfqan kəndlisi həlak olub. Dinc sakinlərə atəş açan 6 hərbçi isə həbs olunub və faktla bağlı araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: