Yaxın vaxtda dünya müharibəsi başlayır
12 Avqust 2014 Çərşənbə Axşamı 16:03
Birinci dünya müharibəsi qərarını II Nikolay vermişdi, ikinci dünya müharibəsində Stalin. Üçüncü dünya müharibəsi ilə bağlı qərarları Vladimir Putin verir.
“Brüsseldə NATO, ABŞ-da Barak Obama nə plan hazırlayırsa hazırlasın, bunların heç bir mənası yoxdur. Qərarları yalnız bir adam qəbul edir. O da Rusiya prezidenti Vladimir Putindir. Birinci dünya müharibəsinin başlanması haqqında qərarı II Nikolay vermişdi, ikinci dünya müharibəsində Stalin. İndi isə üçüncü dünya müharibəsi ilə bağlı qərarları Putin verir və əminəm ki, qərar artıq verilib”.

ANS PRESS-in məlumatına görə, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Rosiyya 24” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya üçün təhlükə qərbi Avropa ölkələrindən gəlir, çünki bu ölkələrin ərazisində NATO-nun hərbi bazaları yerləşdirilib. Buradan Rusiya ərazisinə raketlər buraxıla bilər.

“Bunun qarşısını almaq üçün Rusiya qabaqcadan zərbə endirməlidir. Əgər belə olsa günahkar onların özləri olacaq. Avropa ölkələrindən Rusiya ərazisinə raket zərbələri endirmək istəsələr, onları bombardman etməli olacağıq”, deyə Jirinovski bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar