Yaxın Şəqrdəki vəziyyət nefti bahalaşdırdı
17 Fevral 2011 Cümə Axşamı 01:43
“Qara qızıl”ın bir barelinin qiyməti Amerikada 84,77, Avropada 103,78 dollara çatıb
Kütləvi etirazların Misir və Tunisdən Liviya və Bəhreynə yayıldığı Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlıqlar fonunda ötən gün dünya bazarlarında neftin qiyməti kəskin bahalaşıb.

London birjasında “Brent Crude Oil” markalın neftin bir barelinin qiyməti 2,14 dollar artaraq, 103,78 dollara çatıb.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft 0,67 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 84,99 dollara çatıb.

Xatırladaq ki, ötən həftə uzunmüddətli küçə nümayişlərindən sonra Misir prezidenti Hüsnü Mübarək hakimiyyəti orduya təhvil verərək, istefaya gedib. Polis və demlkratik islahatlar tələb edən nümayişçilər arasında toqquşmalar Əlcəzair, Yəmən və Bəhreyndə də baş verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar