Yaşamaq imkanı olan yeni planet tapıldı
29 Aprel 2012 Bazar 10:20
"Gliese 667Cc" nə çox isti, nə də çox soyuqdur.
Alimlər yaşamaq imkanı ola bilən yeni planet tapıblar. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, günəş sistemindən xaricdə tapılan planetdə həyat ola bilər. Planet mütəxəssislərin yaşanıla biləcək sahə adlandırdırdıqları yerdə yerləşir. "Gliese 667Cc" adı verilən planet öz günəşindən kifayət qədər uzaqlıqda yerləşir. "O, çox quru olacaq qədər yaxın olmasada, dondurucu soyuqlara imkan verməyəcək qədər yaxındır", deyə açıqlamada bildirilir.

"Gliese 667Cc" dünyadan 22 işıq ili uzaqda "qırmızı cücə ulduzun" ətrafındadır. "Qırmızı cücə ulduzlar" günəşin ətrafında ən çox müşahidə edilən ulduz növlərindəndir.

Yeni planetin tapılmasının kainatda başqa yaşayış imkanı olub-olmamasına dair sualların cavablandırılmasına kömək olacağı ehtimal edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar