Yarım əsrdən sonra canavar ovuna icazə verildi
02 Yanvar 2010 Şənbə 18:45
İsveç yırtıcı heyvanların qorunması üçün tətbiq etdiyi qadağanı aradan qaldırıb
İsveç hakimiyyəti yırtıcı heyvanların qorunub saxlanması üçün tətbiq etdiyi təqribən 45 illik qadağanı aradan qaldırıb. Belə ki, hardasa yarım əsrdən sonra canavarların icazəli ovuna izn verilib.

Artıq bu gündən təqribən bir ay davam edəcək canavar ovu mövsümünə start verilib. İsveçin Ətraf Mühitin Mühafizəsi Agentliyinin nümayəndəsi Syuzanna Lovqrenin sözlərinə görə, ümumilikdə 27 lisenziya veriləcək.

O bildirib ki, qərar İsveç Parlamenti tərəfindən təsdiq edilib.

Xatırladaq ki, bu Skandinaviya ölkəsində canvar ovuna qadağa 1965-66-cı illərdə tətbiq edilib. Çünki həmin dövrlərdə həyata keçirilən çoxsaylı ovlar nəticəsində yırtıcıların nəsli tükənmək üzrəydi.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar