Bütün Rusiyanın patriarxı Kirilin Ukrayna səfəri qalmaqalla yadda qalıb.
Yarıçılpaq aksiyaları ilə məşhurlaşan Ukraynanın FEMEN təşkilatının üzvləri bu dəfə bütün Rusiyanın patriarxı Kirili hədəfə alıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Kiril Ukrayna səfəri zamanı “Kill Kiril” (Kirili öldür) şüarı səsləndirən və yazan çılpaq qadınla qarşılaşıb.
Böyük qalmaqala səbəb olan "Kill Kirill” aksiyası Kiyev hava limanında yaşanıb. Hadisə patriarx Ukraynaya səfərinin önəm və mənasını dilə gətirmək üçün çıxışa hazırlaşdığı zaman baş verib. Patriarxı qarşılamağa gələn kütlənin arasından çıxan yarıçılpaq FEMEN üzvü Yana Jdanova “İblis yox ol” süarı səsləndirərək Rusiya dini liderinə hücum edib. Onun kürəyində isə “Kill Kiril” yazısı olub. Mühafizə xidməti yarıçılpaq qızı Krilin yanından uzaqlaşdıra bilib.
Hadisədən sonra FEMEN açıqlama verib. Təşkilat 5 aydır Moskvada saxlanılan "Pussy Riot” pank qrupunun 3 üzvü olan gənc qızın partiarx Kirilin istəyi ilə cəzalandırıldığını deyib.