Yaprak Dökümünün Neclası ayağının altını görmür
01 Fevral 2011 Çərşənbə Axşamı 05:35
Dünyanın məşhur ulduzları ilə kinoya çəkilən aktrisa layiq görüldüyü yeri bəyənmir
“Yaprak Dökümü” serialında Necla rolunun ifaçısı Fəxriyə Evcən yeni çəkildiyi “Sinyora Enrika ilə İtalyan olmaq” filminin premyerasında iştirakdan imtina edib. Buna səbəb isə filmin afişasında Evcənin şəklinin yerləşdirildiyi yerdən aktrisanın narazı qalması olub. Afişada baş rolun ifaçıları Klaude Kardinale və İsmayıl Hacıoğlunun şəkilləri böyük planda, Laviniya Lonqi, Fəxriyə Evcən və Teoman Kumbaracıbaşının şəkilləri daha kiçik nümayiş olunub.
Dünyanın italiyalı məhşur aktrisası Klaude Kardinalenin baş rolda oynadığı filmdə Evcənin qeyri-adi tələbi film prodüsserlərinin təəccübünə səbəb olub. Qeyd edək ki, Fəxriyə Evcən filmdə Kardinalenin ifa etdiyi rolun cavanlığını canlandırıb.
Filmin prodüsseri olan “Ares” media şirkəti kinonun afişasını yenidən hazırlayacaq və yeni afişada FəxriyyəEvcənin şəkli yox, sadəcə adı olacaq.
Keçən il Antalyada keçirilən “Altın Portağal” film festivalında bu kinadakı roluna görə “Ən yaxşı aktrisa” mükafatını qazanan Klaude Kardinale və italiyalı digər aktrisa Lavinia Lonqi isə filmin premyerası üçün İstanbula gələcəklər.
Xatırladaq ki, daha əvvəl ali məktəb tələbəsi olan Fəxriyə Evcən təsadüf nəticəsində “Hasret” serialı ilə kino dünyasına addım atıb. “Yaprak Dökümü” serialı isə onu bütün Türkiyədə məşhur etdi.
DOSTLARINLA PAYLAŞ: