Yaprak Dökümünün çəkilişi başa çatdı
22 Dekabr 2010 Çərşənbə 06:55
Başak Sayan aktyorların kədərli olduğunu, özünün isə ağlaya biləcəyini deyib
Artıq 5 mövsümdür davam edən və Azərbaycanda da kifayət qədər tamaşaçısı olan “Yparak Dökümü” tele-serialının çəkilişi ötən gün başa çatdı. Bu barədə məlumatı filmdə Ceyda rolunun ifaçısı Başak Sayan “Twitter”dəki səhifəsində yayıb. “Və çəkilişin son günü. Bu gün mənim, Güven (Güven Hokna-Hayriye xanım) ablanın və Halil (Halil Ergün-Ali Rza bəy) abinin axırıncı günüdür. Çəkiliş gözəl keçdi. Hökmən baxmağı məsləhət görürəm”.
Başak Sayan həmçinin aktyorların kədərli olduğunu, özünün isə ağlaya biləcəyini deyib: “Güvən abla çox kədərlidir. Mən də arxaya çəkilərək ağlaya bilərəm. Bu gün həssasiyyətimiz kulminasiya həddindədir. Həqiqətən qurtardı”.
Qeyd edək ki, 5 ildir davam edən “Yaprak Dökümü” serialı bu gün və dekabrın 29-da nümayiş olunacaq son seriyaları ilə başa çatır.
DOSTLARINLA PAYLAŞ: